Dəhşətli istilər bu tarixədək davam edəcək

11:45 - 16 İyul 2022

Dəhşətli istilər bu tarixədək davam edəcək

Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, şimal-qərb küləyi 17-si axşamdan 21-i gündüzədək 15-18 m/s, arabir 20-23 m/s, 20-21-də yarımadanın bəzi yerlərində arabir 25 m/s olacaq.

Azərbaycanın rayonlarında iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 17-si axşamdan 21-i gündüzədək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az