Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir.
Manset.az xəbər verir ki, bu fikri "Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli təklif edib.
O bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır:
"Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər".
