Havada toz dumanı nə vaxtadək davam edəcək? - AÇIQLAMA

12:20 - 17 Avqust 2022

Havada toz dumanı nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.

“Dispers toz hissəcikləri Xətai rayonunda 4.3, Nizami rayonunda 2.4, Səbail rayonunda 2.5 dəfə normadan yüksək qeydə alınıb”.

G.Məmmədovanın sözlərinə görə sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az