Türkiyənin Tokat ərazisində 5,5 bal gücündə zəlzələ baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ nəticəsində Niksar rayonundakı bir məktəbdə çatlar meydana gəlib.
Səhər saatlarında aparılan ilk yoxlamalarda, xüsusilə, dəhlizlərdəki divarlarda kipləşmə və çatların olduğu aşkar edilib. Hadisənin ardından yerli idarə orqanları tərəfindən məktəb binasında təhlükəsizlik məqsədilə yoxlama işləri başlanıb. Zəlzələnin ardından bölgədə zərər müəyyənləşdirmə işlərinin davam etdiyi bildirilərkən məktəbdə yaranan çatların texniki komanda tərəfindən ətraflı şəkildə incələnəcəyi vurğulanıb. Hər hansı bir insan itkisi və ya xəsarət almış şəxs olmadığı qeyd edilib.