Vatsapdan daha bir YENİLİK

08:51 - 18 Avqust 2022

Vatsapdan daha bir YENİLİK

Vatsap növbəti yeniliyini təqdim etməyə hazırlaşır.

 

Manset.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilib ki, istifadəçilər silinmiş mesajları geri qaytara biləcəklər. Bunun üçün ismarış silindikdən sonra bir neçə saniyə vaxt veriləcək. Hazırda sözügedən funksiya Vatsapın beta versiyası üçün mümkündür.

Qeyd edək ki, daha əvvəl  Vatsapda yeni funksiyanın işə salınacağı bildirilmişdi. Yeni funksiya qrup çatlarında mobil nömrəni digər istifadəçilərdən gizlətməyə imkan verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az