Bakıda 3 qız YOXA ÇIXDI: Anaları axtarır

10:33 - 22 Avqust 2022

Bakıda 3 qız YOXA ÇIXDI: Anaları axtarır

Bakıda 3 qız itkin düşüb.

 

Manset.az lent.az-a istinadən xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini Əliyeva Aydan Elçin qızı avqustun 5-də evdən çıxaraq, naməlum istiqamətdə gedib.

Bu barədə onun anası Y. Mirvilişova rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciətində bildirib.
Digər hadisələr Nizami rayonunda olub.

14 yaşlı rayon sakini Allahverdiyeva Şəlalə Niyazi qızı evdən gedərək qayıtmayıb. Bu barədə onun anası M. Həsənova rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə müraciətində bildirib.

Bundan əlavə, Nizami rayon sakini Darılmaz Kezban Mətin qızı avqustun 16-da rəfiqəsinin evinə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb. Hadisə barədə onun anası İ. Darılmaz 24-cü Polis Şöbəsinə bildirib.

Faktlarla bağlı adları çəkilən şöbə və bölmələrdə araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az