Azərbaycanda bu yüksək vəzifəli məşhur xanım işdən çıxdı - FOTO

14:04 - 22 Avqust 2022

Azərbaycanda bu yüksək vəzifəli məşhur xanım işdən çıxdı - FOTO

Tanınmış aparıcı, jurnalist Kəmalə Əliiskəndər qızı İTV-dən ayrılıb.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, xanım jurnalist öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, o, 2018-ci il iyunun 5-dən İTV-nin “Xəbərlər” departamentinin direktor müavini vəzifəsində fəaliyyət göstərib. KƏliiskəndərqızı 2018-2019-cu illərdə ana xəbər buraxılışının aparıcısı kimi efirə çıxıb.

Xanım jurnlaist 1995-2005-ci illərdə AZTV-də aparıcı, redaktor, müxbir,  2005-2016-ci illərdə ANS-də “Şirin çay”, ”İç xəbər”, ”Xəbərçi” layihələrində aparıcı,rəhbər, redaktor, müxbir, 2016-2017-ci illərdə “İnterAz” televiziyasında xəbərlərin baş redaktoru vəzifələrində çalışıb. O, 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Xatırladaq ki, bu, İTV-də ilk ayrılma deyil. Bundan əvvəl tanınmış aparıcılar Leyla Quliyeva, Alidə Fərhadqızı, Jalə Əliyeva da kanalla yollarını ayırıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az