“6 saat dərs deyən müəllimin bu qədər maaş alması normaldır” - Emin Əmrullayev

11:32 - 23 Avqust 2022

“6 saat dərs deyən müəllimin bu qədər maaş alması normaldır” - Emin Əmrullayev

“Hazırda məktəblərdə 6 saat dərs deyən müəllimlərimiz var. Bu yalnız 4439 müəllimi təşkil edir. Onlar cəmi 150 manat maaş alırlar. Lakin həftədə 6 saat dərs deyən müəllimin bu qədər maaş alması normaldır”.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, əksər - 100 mindən artıq müəllimin 12 saat və ondan çox dərs saatı var: “Ümumtəhsil məktəblərində ümumən 140 minə yaxın müəllim dərs deyir. 18-24 saatdan çox dərs deyən müəllimlərin ortalama əmək haqqı min manatı keçir. Biz istəyirik ki, savadlı müəllimlərimizin əməkhaqqısı daha çox olsun”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az