Binəqədi rayonu, 6-cı mikrorayon, Üzeyir Hacıbəyov küçəsi 6 ünvanında ağacların qanunsuz olaraq kəsildiyi iddia edilir.
Manset.az xəbər verir ki, bununla bağlı oxu.az-a ərazidə yaşayan sakinlərin şikayəti daxil olub.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb:

“Mütəxəssislər tərəfindən əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda bir tut ağacının və kol bitkisinin kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. Yaşıllıqların kim tərəfindən məhv edilməsini müəyyən etmək və barəsində qanunamüvafiq tədbirlər görmək məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib”.