"Sertifikatlaşdırmanın nəticələrinə əsasən heç bir müəllim işdən çıxarılmayacaq" - Nazir

11:25 - 23 Avqust 2022

\"Sertifikatlaşdırmanın nəticələrinə əsasən heç bir müəllim işdən çıxarılmayacaq\" - Nazir

"Keçirilən sertifikatlaşdırmanın nəticələrinə əsasən heç bir müəllim işdən azad olunmayacaq"

 

Bununla bağlı brifinqində Manset.az-ın suaallarını cavablandırarkən E.Əmrullayev bildirib.

O bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesində keçid balını toplamış təhsilverənlərin vəzifə maaşına 10 faiz, keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı nəticə əldə edən təhsilverənlərin vəzifə maaşına 35 faiz artım edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az