Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
16:17
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada (yaşayış yoxdur) yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.