“Dünyada koronavirusa yoluxma və ölüm azalıb” - ÜST

17:25 - 25 Avqust 2022

“Dünyada koronavirusa yoluxma və ölüm azalıb” - ÜST

Son bir həftədə dünyada koronavirusa yoluxma halları doqquz faiz, ölüm halları isə 15 faiz azalıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenindən məlum olub.

Bildirilir ki, yoluxmada azalma tempi Afrikada (25%), Avropada (20%) və ABŞ-da (18%) daha çox nəzərə çarpır. Ölüm nisbətində ən böyük azalma isə Avropada müşahidə olunur - 30%.

Qeyd edək ki, Azərbaycanda son sutkada (avqustun 24-nə olan məlumata görə) koronavirus infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az