Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edir.
Manset.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya ETSN-nin Mətbuat katibi İradə İbrahimova deyib:
"Masallı rayonu, İstisu sanatoriyasının yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi və geniş ərazilərə yayılmasının qarşısının alınması üçün Nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri iştirak edir".