Yüksək vəzifəyə təyin olunan İltimas Məmmədovdan haqqında yazılanlarla bağlı AÇIQLAMA

18:40 - 29 Avqust 2022

Yüksək vəzifəyə təyin olunan İltimas Məmmədovdan haqqında yazılanlarla bağlı AÇIQLAMA

Keçmiş Rabitə və Yüksək Texologiyalar nazirinin birinci müavini, bir neçə gün bundan əvvəl Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi təyin olunan İltimas Məmmədov haqqında yazılan məlumatlara münasibət bildirib.

 

İ.Məmmədov Manset.az-a açıqlamasında haqqında yazılanlarla bağlı bunları deyib.

 

"Bəli, mən bir az bundan əvvəl Xüsusi Rabitə və İnformasiya Təhükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi təyin olunmuşam. Mənim haqqımda belə yalan yazanlar və yazdıranlar səhv edirlər."

"Mən heç bir istintaq orqanına dəvət olunmamışam. Prokurorluq orqanlarına dəvət olunmamışam. Ona görə belə adamlara fikir vermirəm."

 

Qeyd edək ki, İltimas Məmmədov barəsində son günlər mətbuatda onun istintaq orqanlarına çağrıldığı, haqqında prokurorluqda  araşdırma getdiyi bildirilirdi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az