Lotu Qulinin qardaşı SAXLANILDI

13:12 - 30 Avqust 2022

Lotu Qulinin qardaşı SAXLANILDI

Rusiyada Albert Rıjıy kimi tanınan “qanuni oğru” Əli Heydərovun qətlində şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “REN TV” yayıb.

Xatırladaq ki, kriminal avtoritet Əli Heydərov ötən ilin aprelində Moskvada güllələnib. Polis elə həmin gün qətli törədən şəxsi saxlayıb.

Həmin şəxsin isə Mətləb Sultanov adlı azərbaycanlı olduğu məlum olub. 

Qeyd edək ki, Namiq Səlifov kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) qardaşıdır. O, “qanuni oğru” adını 2013-cü ildə İstanbulda alıb.

Nadir Səlifov 2020-ci ilin avqustunda Antalyada hotellərin birində başından güllələnərək qətlə yetirilib.

Əli Heydərovun fitnes klubda qətlə yetirilməsi anının videosu:

Fotoda Albert Rıjıy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az