Özünü 5-ci mərtəbədən atan qadının narkoman sevgilisi həbsxanadan dünən çıxıbmış - TƏFƏRRÜAT

14:04 - 02 Sentyabr 2022

Özünü 5-ci mərtəbədən atan qadının narkoman sevgilisi həbsxanadan dünən çıxıbmış - TƏFƏRRÜAT

Lökbatan qəsəbəsi, "Qobu Park-1” yaşayış kompleksinin beşinci mərtəbəsindən özünü ataraq ölən Dildar Orucovayla bağlı yeni faktlar ortaya çıxıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Dildar Orucovanın qeyri-rəsmi münasibətdə olduğu şəxs olub və həmin şəxs dünən həbsxanadan çıxıb:

"Bina 7-də yaşayırdılar.  Əri ilə rəsmi nikahı yox idi. Oğlan narkomandır və buranın sakini deyil. Biz qadının intihar etdiyini düşünmürük. Çünki qadının üzərində paltar yox idi, bir insan çılpaq intihar eləməz. Düşünürük ki, əri ilə münaqişə yaşayıb”, - deyə mənbə bildirib.

10:20

Bakıda qadın özünü 5-ci mərtəbədən ataraq öldürüb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi, Qobu Park Yaşayış Kompleksində qeydə alınıb.

Orada yaşayan, 1976-cı il təvəllüdlü Dildar Orucova özünü 5-ci mərtəbədən ataraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az