Laçında "Berdzor" yazısını sındıran şəxslər niyə həbs edilib? - DİN-dən AÇIQLAMA

14:37 - 02 Sentyabr 2022

Laçında \"Berdzor\" yazısını sındıran şəxslər niyə həbs edilib? - DİN-dən AÇIQLAMA

"Vətəndaşların Laçın rayonu ərazisində lövhəni sındırması ilə bağlı inzibati qaydada həbs edilməsi ilə bağlı iddiaları təkzib edirik, tam əsassızdır".

 

Manset.az xəbər verir ki, Bu haqda azxeber.com-a DİN-in mətbuat xidmətindən bildirilib.

"Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olması və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Həmin ərazidə də "sürpriz” partlayıcı və mina təhlükəsi var.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Laçında ermənilərin yazdıqları "Berdzor" lövhəsini sındıran Laçın sakini Elnur İsayevin həbs olunması ilə bağlı məlumat yayılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az