Azərbaycanca və rusca dəyərli şeir kitablarının müəllifi, klassik, müasir ədəbiyyatımızın rus dilinə çevrilməsində və təbliqində böyük xidmətləri olan Səyavuş Məmmədzadə bu gün dünyasını dəyişib.
Manset.az xəbər verir ki, bu barədə deputat Sabir Rüstəmxanlı paylaşım edib.
Qeyd edək ki, Səyavuş Məmmədzadə 2 oktyabr 1935-ci ildə anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap edilib.
2003-cü ildə "Əməkdar incəsənət xadimi" adına layiq görülüb.
