Zakir Qaralova Almaniyaya getməyə icazə verilmədi - "Həkimini dəvət elə, özü gəlsin!"

09:37 - 04 Sentyabr 2022

Zakir Qaralova Almaniyaya getməyə icazə verilmədi - \"Həkimini dəvət elə, özü gəlsin!\"

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun müayinə və müalicə üçün Almaniyaya getmək niyyəti baş tutmayıb.

Manset.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxınları bildirib.Buna səbəb isə  Qaralovun ölkədən çıxış üçün icazə istəyinə “yox” deyilməsidir.

Yaxınlarının bildirdiyinə görə, qaraciyər problemindən əziyyət çəkən Qaralova “yuxarıdan” “Almaniyadan həkimini dəvət elə, özü gəlsin” cavabı verilib.

Saytı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq baş prokuror bu günlərdə vəfat edən yaxın qohumlarından birinin məclisinə də gedə bilməyib.

Onun işdən azad olunmasından sonra yenidən içkiyə qayıtdığı və bunun da səhhətində ciddi problemlərə səbəb olduğu deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az