“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ

08:54 - 05 Sentyabr 2022

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ

“WhatsApp” messencerinin komandası gələcək yeniləmələrdə tətbiqin təkmilləşdirilməsinə kömək etmək üçün istifadəçilərə sorğular göndərməyə başlayacaq.

 

Manset.az "oxu.az"a istinadən xəbər verir ki, “WhatsApp Surveys” adlı çatda istifadəçilər messencerin yeni funksiyaları ilə bağlı suallar və rəylərini yaza biləcəklər.

Əgər istifadəçi sorğuda iştirak etməyə dəvət olunarsa, sorğunun məqsədi barədə ona məlumat veriləcək.

İstifadəçilər gələcəkdə sorğulara dəvət olunmamaq üçün “WhatsApp Surveys” çatını bloklaya biləcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az