Lənkəranda elektrik enerjisi qısa zamanda bərpa ediləcək - “Azərişıq”

23:08 - 05 Sentyabr 2022

Lənkəranda elektrik enerjisi qısa zamanda bərpa ediləcək - “Azərişıq”

“Lənkəranda külək səbəbindən dayanan elektrik enerjisinin bərpası üçün işlər aparılır”.

“Azərişıq” ASC-dən Manset.az-a verilən məlumata görə, qurumun əməkdaşları hazırda hadisə yerindədirlər.

Bildirilir ki, qəza yerində olan əməkdaşlar təmir işləri aparırlar və qısa zamanda elektrik enerjisinin verilməsi bərpa ediləcək.

Qeyd edək ki, Lənkəranda güclü külək fəsadlar törədib. Şəhərin bir neçə hissəsində elektrik enerjisinin verilişi dayanmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az