“ADEX”də Azərbaycanda hazırlanmış “Ovçu” minaatan dronu nümayiş olunur

14:09 - 06 Sentyabr 2022

“ADEX”də Azərbaycanda hazırlanmış “Ovçu” minaatan dronu nümayiş olunur

Azərbaycanda hazırlanmış “Ovçu” minaatan dronu IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində nümayiş olunur.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, aparat müşahidə və hədəfi tuşlama funksiyalarını yerinə yetirə bilir.

“Ovçu” yaxın təmas döyüşləri üçün nəzərdə tutulub. Havada 20 dəqiqə qala bilir, 150 metrdən 500 metrədək effektiv döyüş aparmaq imkanı verir.

Dron 82 mm-lik dörd ədəd mina daşımaq qabiliyyətinə malikdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az