Ölkəmizdə hazırlanmış pilotsuz uçuş aparatı nümayiş olunur

14:11 - 06 Sentyabr 2022

Ölkəmizdə hazırlanmış pilotsuz uçuş aparatı nümayiş olunur

“ADEX” IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycanda hazırlanmış “Tiltrotor” adlı pilotsuz uçuş aparatı nümayiş olunur.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, aparat 250 kq-a qədər yükdaşıma qabiliyyətinə malikdir.

“Tiltrotor” uçuş-eniş zolağına bağlı olmayan taktiki yüklərin məhdud logistika şəraitində təcili və avtonom çatdırılmasına hesablanıb. Unikal konstruksiya əsasında yüksək manevr imkanları olan aparata gələcəkdə qanadaltı raketlərin quraşdırılması da nəzərdə tutulur.

Aparatın bütün komponentləri ölkədə yığılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az