Mətbuat Şurasının qurultayı bu tarixdə keçiriləcək

15:54 - 06 Sentyabr 2022

Mətbuat Şurasının qurultayı bu tarixdə keçiriləcək

Mətbuat Şurasının (MŞ) növbəti qurultayının keçiriləcəyi tarix bəlli olub. “Qafqazinfo” xəbər verir ki, qurultay sentyabrın 24-ü keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə qərar MŞ İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki,  Azərbaycan Mətbuat Şurasının sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in hazırkı sədri Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az