logo
logo logo
logo

Baş prokurordan yüksək vəzifəyə Yeni TƏYİNATLAR (FOTO)

17:22 - 06 Sentyabr 2022

Baş prokurordan yüksək vəzifəyə Yeni TƏYİNATLAR (FOTO)

Quba rayon prokurorunun müavini vəzifəsindən azad olunub.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin əmrinə əsasən, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə Pərviz Nərimanov Qaradağ rayon prokurorunun müavini təyin olunub.

Baş prokurorun başqa bir əmri ilə Tural Haqverdiyev Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

O, bundan əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb. Başqa bir əmrlə Elgiz Qənizadə Suraxanı rayon prokurorunun müavini təyin olunub.

Qeyd edək ki, o sabiq deputat Çingiz Qənizadənin oğludur. 

Fotoda: Çingiz Qənizadə

Çingiz Qənizadənin oğluna yeni VƏZİFƏ VERİLDİ


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az