Bakıda bahalı "Gelandevagen" məşhur şirkət maşını ilə toqquşdu - Nömrəsi müəmmalı şəkildə gizlədildi (FOTO)

11:18 - 07 Sentyabr 2022

Bakıda bahalı \"Gelandevagen\" məşhur şirkət maşını ilə toqquşdu - Nömrəsi müəmmalı şəkildə gizlədildi (FOTO)

Bakının Yasamal rayonunda avtonəqliyyat hadisəsi baş verib.

 

Manset.az qaynarinfo-ya istinadən xəbər verir ki, yolun əks istiqamətindən qarşı-qarşıya gələn "Gelandevagen" markalı avtomobillə SAB şirkətinə məxsus "Ford” markalı mikroavtobus toqquşub.

Hadisədən dərhal sonra "Gelandevagen" markalı avtomobilin sürücüsü dövlət nömrə nişanını gizlətməyi də unutmayıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobillərə ciddi ziyan dəyib. Bundan başqa, yol kənarında dayanan başqa bir mikroavtobus da qismən zədələnib.

Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az