Bağçaya bir yer üçün 30 nəfər müraciət edir - NAZİRLİK

11:56 - 08 Sentyabr 2022

Bağçaya bir yer üçün 30 nəfər müraciət edir - NAZİRLİK

Bakı şəhəri üzrə 30 min yer qeydiyyata alınıb, amma bağçalarda boş yerlərin sayı 6 mindir.

 

Manset.az modern.az-a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti tədris ilində qrupların artırılması istiqamətində işlər aparılacaq:

"Bölgələrdə qruplar var, amma qeydiyyat yoxdur. Bir qrup üçün cəmi 5 nəfər qeydiyyatdan keçir. Bakıda 1 yer üçün 30 valideyn müraciət edir", - nazirlik rəsmisi bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az