“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı bildirilir.
Manset.az xəbər verir ki, bu barədə aktivist İlkin Rüstəmzadə məlumat yayıb.
O qeyd edib ki, Baş Prokurorluğun əməkdaşları Əvəz Zeynallını saxlayıb və hazırda axtarış üçün onun ofisinə gedirlər.
Eyni zamanda, vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında Baş Prokurorluqdan vəkil olduğu üçün ofisinə axtarışa gəlməklə bağlı ona zəng gəldiyini yazıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Manset.az-a açıqlamasında faktı təsdiq edib.
"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir.
Əlavə məlumat veriləcək."