Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Döyüşlər nəticəsində Rusiyanın son sutkada 300, ümumilikdə isə 52 950 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 168 tank, 4 640 zirehli döyüş maşını, 1 269 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 243 təyyarə, 213 helikopter, 903 PUA, 216 qanadlı raket, 15 gəmi, 3 463 avtomobil texnikası və avtosistern, 117 xüsusi texnikadan ibarətdir.