Qəbələdə kişi özünü güllələdi - FOTO

14:30 - 12 Sentyabr 2022

Qəbələdə kişi özünü güllələdi - FOTO

Qəbələdə kişi ehtiyatsızlıqdan özünü güllələyib.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinə rayon sakini Veysəl Rüstəmovun odlu silahdan açılan atəş nəticəsində ayağından xəsarət alması və iki barmağının amputasiya olunması ilə bağlı məlumat daxil olub.

Keçirilən tədbirlərlə həmin şəxsin odlu silahla ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib və ondan qanunsuz olaraq saxladığı “İj” markalı ov tüfəngi götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az