Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

15:20 - 13 Sentyabr 2022

Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sentyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlayır.

 

Manset.az xəbər verir ki, bu barədə AAYDA-dan bildirilib.

Məlumata görə, təmir işləri yalnız gecə saatlarında icra olunacaq. Təmir işlərinin həftəsonuna qədər, yəni sentyabrın 18-də yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd olunan müddət ərzində ərazidə yalnız qismən məhdudlaşdırma tətbiq olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az