Müdafiə Nazirliyi məlumat yaydı: Ermənilər yenidən artilleriyadan ATƏŞƏ BAŞLADI

19:15 - 13 Sentyabr 2022

Müdafiə Nazirliyi məlumat yaydı: Ermənilər yenidən artilleriyadan ATƏŞƏ BAŞLADI

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

Manset.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az