Ata şəhid oğlunun nəşini gətirərkən özü də vəfat etdi - FOTOLAR

01:22 - 14 Sentyabr 2022

Ata şəhid oğlunun nəşini gətirərkən özü də vəfat etdi - FOTOLAR

Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib.

 

Manset.az xəbər verir ki, Qobustanın Sündü kənd sakini, 1997-ci il təvəllüdlü XTQ giziri Vadim Qocayevin nəşi Toğanada təhvil verilərkən atası buna dözməyərək vəfat edib. Onların hər ikisinin cənazəsi Binəqədi rayonuna gətirilir.

Qeyd edək ki, Vadim Qocayev Vətən Müharibəsi döyüşçüsü olub. Bir yaşlı qızı və doğulmamış körpəsi var. 

Allah rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az