Şəhid Rafail Fətullayevin nəşi torpağa tapşırıldı

10:04 - 14 Sentyabr 2022

Şəhid Rafail Fətullayevin nəşi torpağa tapşırıldı

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Neftçala rayonunun Bankə qəsəbə sakini, 2003-cü il təvəllüdlü əsgər Fətullayev Rafail Rüfət oğlu Bankə qəsəbəsində dəfn olunub.

 

Manset.az xəbər verir ki, bu barədə APA-nın Mil-Muğan bürosu məlumat verib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az