Qubada şəhid Ümid Həsənovla vida mərasimi keçirildi - FOTO

10:08 - 14 Sentyabr 2022

Qubada şəhid Ümid Həsənovla vida mərasimi keçirildi - FOTO

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluçusu (MAXE) 21 yaşlı Həsənov Ümid İlqar oğlunun nəşi doğulduğu Quba rayon Vəlvələ kəndinə aparılıb.

 

Manset.az xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhid İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ü.Həsənov ailənin tək oğlu olub. Ailədə yalnız anası var, atası vəfat edib. İki bacısı isə ailəlidir. 21 yaşlı şəhidimiz hələ evlənməmişdi. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az