2 bacının tək qardaşı: Zaqatala şəhidini dəfn etdi

12:44 - 14 Sentyabr 2022

2 bacının tək qardaşı: Zaqatala şəhidini dəfn etdi

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Zaqatalada dəfn edilib.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, hərbi qulluqçusu, leytenant, 1999-cu il təvəllüdlü Sərxan Mübariz oğlu Ömərovun nəşi doğulduğu Yuxarı Tala kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb.

Qeyd edək ki, 23 yaşlı S.Ömərov nişanlıydı, iki bacının yeganə qardaşı idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az