logo
logo logo
logo

Ermənilər şikayət etdi - “Qafqazinfo”nun feysbuk səhifəsi bağlandı

10:24 - 15 Sentyabr 2022

Ermənilər şikayət etdi - “Qafqazinfo”nun feysbuk səhifəsi bağlandı

“Qafqazinfo”nun feysbuk səhifəsi bağlanıb. Buna səbəb isə ermənilərin səhifəyə kütləvi hücum və şikayət etməsidir.

Belə ki, dünən səhər saatlarında izləyicilər bizə müraciət edərək feysbuk səhifəmizdə erməni profillərin aktiv olduğunu, Müdafiə Nazirliyinin rəsmi və şəhidlərlə bağlı yayımladığımız xəbərlərə təhqir yazdıqlarını bildiriblər. Dərhal şərhlər silinib, erməni izləyicilərin səhifəyə şərh yazmasına qadağa qoyulub.

Günün ikinci yarısında isə ermənilər kütləvi şikayət edərək 200 minə yaxın izləyicisi olan feysbuk səhifəmizin bağlanmasına səbəb olublar.

Hadisə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət hazırlayırıq. Bu məqamda dövlət qurumlarından redaksiyaya dəstək olmalarını xahiş edirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az