Şəhid Səbuhi Əhmədovdan rüşvət alınıb? - Araşdırma başladı

12:05 - 15 Sentyabr 2022

Şəhid Səbuhi Əhmədovdan rüşvət alınıb? - Araşdırma başladı

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov iddia edib ki, vaxtilə qardaşından “Komando” hərbi briqadasında xidmətə qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunub.

 

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə Sənan Əhmədov deyib ki, qardaşı ikiqat maaş almaq üçün komando briqadasına təyinat almaq istəyib: “Deyiblər ki, şirinlik verərsən həll edərik. 6 min istəyiblər. O isə bankdan 6 min manat kredit götürüb rüşvət verib”.

Manset.az xəbər verir ki, iddialarla bağlı “Qafqazinfo” Müdafiə Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib: “Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az