Azərbaycan Ordusu məşhur erməni qadın terrorçunu zərərsizləşdirib - FOTO/VİDEO

16:27 - 15 Sentyabr 2022

Azərbaycan Ordusu məşhur erməni qadın terrorçunu zərərsizləşdirib - FOTO/VİDEO

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədənlərdən biri - erməni qadın terrorçu zərərsizləşdirilib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Məlumata görə, Birinci Qarabağ Müharibəsində aktiv iştirak etmiş, Azərbaycan torpaqlarının işğal edilməsində mühüm rol oynamış Susanna Marqaryan Cermukda öldürülüb.

Bildirilir ki, Susanna Marqaryan Ermənistan müdafiə nazirinin müşaviri Razmik Petrosyanla birlikdə könüllü olaraq cəbhə xəttinə yollanmışdı.

Onun hansı şəraitdə və necə öldürülməsi açıqlanmır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az