Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınmasına dair yayılan xəbərlərə münasibət bildirib.
Xidmətdən sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlər təxirə salınaraq başqa tarixlərə keçirilib:
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda sərnişinlərlə telefon əlaqəsi yaradılaraq məlumat verilib.
Qeyd edək ki, sosial şəbəkərdə işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınması ilə bağlı xəbərlər yayılıb.