"Nensi Pelosi İrəvanda ölkəmizin əleyhinə çox qərəzli və qəbuledilməz bəyanat verib" - Azay Quliyev

14:06 - 19 Sentyabr 2022

\"Nensi Pelosi İrəvanda ölkəmizin əleyhinə çox qərəzli və qəbuledilməz bəyanat verib\" - Azay Quliyev

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda ölkəmizin əleyhinə çox qərəzli və qəbuledilməz bəyanat verib.Spiker Pelosi sentyabrda Ermənistanın hərbi təxribatına məruz qalan Azərbaycana qarşı qətnamə hazırlandığını, ermənilər istəsə, onlara kömək etməyə hazır olduqlarını bildirib və eyni zamanda, ATƏT-in Minsk Qrupunu və “Qarabağ münaqişəsi”ni yenidən “diriltməyə” çağırıb. Xanım siyasətçi noyabr ayında ABŞ-da parlamentə keçirilən seçkilərdə ermənilərin daha çox xoşuna gəlmək üçün bir az da irəliyə gedərək başqa “dəhliz” sözünü qəbul etmədiyini, bir dəhliz var, o da Laçın dəhlizidir, deyərək Zəngəzur dəhlizinin əleyhinə olduğunu qeyd edib.

Əlbəttə, 1992-ci ildə ölkəmizə qarşı hərbi təcavüz edən Ermənistanı deyil, təcavüzə və işğala məruz qalan Azərbaycanı cəzalandırmaq üçün “Azadlıq aktına 907-ci düzəlişi” qəbul edən ABŞ Konqresindən və onun spikerindən ədalət və beynəlxalq hüquqa hörmət gözləməyin mənası yoxdur.

Lakin, buna baxmayaraq, xanım Pelosinin bu cür təhrikçi və bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə olan, revanşistləri daha da qızışdıran, iki xalq arasında nifrət və düşmənçiliyi körükləyən bəyanatını qəti şəkildə pisləyirik.

Erməni diasporunun əlində oyuncağa çevrilən və ABŞ-Azərbaycan arasında strateji müttəfiqlik və dostluq əlaqələrini ciddi şəkildə sarsıtmağa hesablanmış Pelosi və onun kimi siyasətçilərin bu kimi yersiz və zərərli bəyanatına Kongresin tərəfsiz və obyektiv üzvləri, xüsusilə, Dövlət Departamenti tərəfindən adekvat reaksiya verilməsini gözləyirik.

ABŞ-da və Fransada Pelosi kimi Azərbaycanı sevməyən və ölkəmiz əleyhinə istənilən haqsızlılğı etməyə hazır olan siyasətçilərin fəaliyyətini təhlil edən zaman bir daha anlayırsan ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı və Azərbaycan ordusu 44-günlük ikinci Qarabağ savaşında Ermənistanı məğlub edərək torpaqlarını işğaldan azad etməklə nə qədər böytük tarixi zəfərə və başarıya imza atıb.

Bu zəfərin və qələbənin qiymətini daha çox bilək, birliyimizi, gücümüzü və dövlətimizi daim qoruyaq!

Milli Məclisin deputatı, AŞPA-nın vitse-prezidenti Azay Quliyev


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az