Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktorun işçiləri DANIŞDI - VİDEO

11:03 - 20 Sentyabr 2022

Müəllimlərdən pul tələb etdiyi iddia olunan direktorun işçiləri DANIŞDI - VİDEO

Sumqayıt şəhər 32 saylı tam orta məktəbinin işçi heyəti direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı yayılan səs yazısına münasibət bildiriblər.

Sözügedən məktəbin müəllimi Zaur Məhərrəmov açıqlamasında bildirib ki, heç kimə pul verməyib:

“Kimsə gəlib mənim cibimdən pul oğurlaya bilər?, O kimdir ki, maaşdan pul kəssin. Biz maaşı kartla alırıq. Direktor maaşdan pul kəsə bilməz. Pul verən savadsız müəllimdir ki, aparıb pulu verir”.

Təsərrüfat işləri üzrə müavin Cahan Kərimova isə mövzudan xəbərsiz olduğunu vurğulayıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirib ki, mövzu ilə bağlı məlumat idarəyə sentyabrın 16-sı daxil olub:

“Məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi barədə əlavə məlumat veriləcək”.

Manset.az BAKU.TV-nin süjetini  təqdim edir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az