Bakı metrosunda texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə Manset.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri məlumat verib.
Hazırda intervalların tənzimlənməsi prosesi gedir. Əksər marşrutlar üzrə intervallar normallaşdırılıb.
***
Bakı metrosunda Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr baş verib.
Bu barədə Manset.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri məlumat verib.
Məlumata görə, buna səbəb texniki nasazlıq səbəbilə yoldəyişdirici qurğular əllə idarə olunması olub.
Bu səbəbdən hazırda intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.