Şəhid Cahangir Surxayzadənin ailəsi və məzarı ziyarət olundu

18:29 - 27 Sentyabr 2022

Şəhid Cahangir Surxayzadənin ailəsi və məzarı ziyarət olundu

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş DİN Daxili Qoşunların hərbi qulluqçusu, əsgər Cahangir Surxayzadənin ailəsini və məzarını ziyarət ediblər.

 

Manset.az xəbər verir ki, polis əməkdaşları şəhidin ailə üzvlərini yaşadığı evdə olublar, onların qayğıları ilə maraqlanıblar. Daha sonra şəhidin  məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılıb. 
Cahangir Surxayzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlari ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az