Rusiya Ukraynanın Kiyev, Odessa və Zaporojye bölgələrinə 211 pilotsuz uçuş aparatı (PUA) ilə hücumlar həyata keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Ordusu Hava Qüvvələri Komandanlığından verilən açıqlamaya görə, Rusiya Ukraynaya PUA hücumları təşkil edib.
Rusiya ordusunun hücumlarda "Şahed", "İtalmas" və "Gerbera" tipli 211 silahlı İUA istifadə etdiyi bildirilib. Açıqlamada, hava müdafiə qüvvələrinin 194 PUA-nı zərərsizləşdirdiyi qeyd edilib.
Qalan PUA-ların Ukraynanın müxtəlif bölgələrində 10 nöqtəyə dəydiyi bildirilib. Saldırıların əsasən Kiyev, Odessa və Zaporojye bölgələrinə edildiyi məlumatı paylaşılıb.