Şagirdi döyən direktorun yerinə YENİ TƏYİNAT

10:41 - 19 Oktyabr 2022

Şagirdi döyən direktorun yerinə YENİ TƏYİNAT

Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbinə yeni direktor təyinatı olub.

 

Mannset.az xəbər verir ki, məlumatı APA-ya Abşeron-Xızı Regional Təhsil İdarəsindən təsdiqləyiblər.

Məlumata görə, bu vəzifəyə idarədə metodist vəzifəsində çalışan Nuranə Vəliyeva təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl məktəbinin keçmiş direktoru Çinarə Atayevanın şagirdlərdən birini döyməsi və mobil telefonunu qırması ilə bağlı mətbuatda məlumat yayılmışdı. Bu səbəbdən isə direktorun əmək müqaviləsinə xitam verilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az