Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyində yeni TƏYİNAT

12:00 - 19 Oktyabr 2022

Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyində yeni TƏYİNAT

Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəliyindəliyində növbəti təyinat olub.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Seymur Məmmədov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyində Baş məsləhətçi vəzifəsinə təyin olunub. O, bu təyinata qədər Ekologiya və Təbii Sərvətlər nazirliyinin Bərdə Regional İdarəsində Baş iqtisadçı vəzifəsində çalışıb.

Təyinatla bağlı xəbəri Seymur Məmmədov Manset.az-a təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün öncə sabiq Baş məsləhətçisi Bəşir Qüdrət oğlu Hacıyev vəzifəsindən azad olunaraq Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini təyin edilib.

 

Manşet.az
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az