Baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
Bu barədə Manset.az-A TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
Onların hər biri zəruri müayinələrdən keçirilib.
Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir.
10:06
Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunda, rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
