Azərbaycan Edillidə tapılan kütləvi məzarlıqla bağlı Avropa Məhkəməsinə müraciət etdi

13:42 - 19 Oktyabr 2022

Azərbaycan Edillidə tapılan kütləvi məzarlıqla bağlı Avropa Məhkəməsinə müraciət etdi

"Azərbaycan Ermənistanın sentyabr ayında sərhəddə törətdiyi təxribatlar və işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib".

 

Manset.az "report"a istinadən xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, nəticə barədə danışmaq hələ tezdir: "Amma müvafiq qurumlar məlumatlandırılıb".

Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılmışdı. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkarlanmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az