“WhatsApp”da yeni FUNKSİYA

09:10 - 02 Noyabr 2022

“WhatsApp”da yeni FUNKSİYA

“WhatsApp” messencerin yeni funksiya peyda olub.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, artıq istifadəçi özü ilə yazışa bilər.

Məlumata görə, hazırda yenilik sınaq mərhələsindədir.

Açıqlamaya görə, yeni funksiya yaxın günlərdə həm Android, həm də iOS üçün tətbiqin istifadəçilərinə təqdim olunacaq.

Yeniliyin tətbiqindən sonra istifadəçilər əlaqə siyahısında mövcud özlərinə məxsus olan telefon nömrəsi ilə söhbət edə biləcəklər və həmin söhbət çat şəklində siyahıda saxlanılacaq.

Qeyd edək ki, əvvəllər istifadəçi özünə mesaj göndərmək üçün axtarışda telefon nömrəsini yığmalı idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az